Salyanda 5 yaşlı uşağı maşın vurub

Salyanda 5 yaşlı uşağı maşın vurub

Bu gün günorta saatlarında əvvəlki Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürkənd kəndindən keçən hissəsində azyaşlı uşağı maşın vurub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 2014-cü ildə anadan olmuş Vüqar Xalid oğlu İsmayılov yaşadıqları evin yaxınlığında qəfil yolu keçmək istəyərkən onu maşın vurub.

Hadisə nəticəsində ayağı sınan uşağa Salyan Mərkəzi Rayon Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...