Baş Prokurorluq “başı kəsilən qadın”la bağlı araşdırmaya BAŞLADI

Baş Prokurorluq “başı kəsilən qadın”la bağlı araşdırmaya
Sosial şəbəkələrdə Azərbaycan ərazisində törədiliyi iddia olunan bir hadisənin videogörüntüsü yayılıb.

Vidogörüntüdə yerdə qan içərisində çabalayan qızın orta məktəbin yuxarı sinif şagirdi olduğu, qeyri-qanuni hamilə qaldığı üçün Rusiyada yaşayan atasının göstərişilə əmisi tərəfindən başının kəsildiyi iddia edilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı araşdırmalara başlanılıb:

“Sosial şəbəkələrdə yayılan video ilə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılır. Hadisənin harada, nə vaxt baş verdiyi öyrənilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...