Biz türkmüyük?

Biz türkmüyük?

Azərbaycan coğrafi olaraq türk kimliyi ilə fərqli bir qapı halına gəldi,
Səcuqlar,Xorrezimşahlar bu coğrafiyada ərəbləşməni və sasaniləşməni ciddi şəkildə əngəllədilər,
Monqol ittifağının türkləri düşmən olaraq görməsi ilə coğrafiyada ikinci bir kimlik savaşı başladı,
Azərbaycan moqolların yurd yerinə döndü.
Kimlik öncəsi təməl anlayış yurd salmadır,
Sonra isə kişilik inşa etmə,
Biri qayğıdır,digəri qorxudur.
Yurd qayğısıdan sonra kişilik qorxusu başlar,
Monqollar yurd qayğısını həll etdilər,
Kişilik qorxusunu isə həll edə bilmədilər.
Hülakünün din və məzhəb seçimi monqol tayfalarının yeni şəkillənməsinə səbəb oldu,
Elxanilər,Cəlayirlər,Ağ qoyunlu,Qara qoyunlu bu qorxunun parçalanmas prosesidir,
Azərbaycan monqolların yurdu oldu,kişilik olaraq isə seçimləri türk kimliyinin içində əridilər.
Nə cəlayir,nə cüçi,nə oyrat,nə də...monqol ittifağından gələn nə var idisə qalmadı,
Türk kimliyinin içində əridi.
Türk kimlikmi idi?
Bu suala da cavablar fərqlidir,
Bu günkü anlamdan bir etnik kimlik kimi tanıdılan Türkləri Nizami millət kimi tanımaz,
Türk Nizami üçün gözəl,əxlağlı,dürüst,mərd bir dəyərdir,
Bir kimliyin örnək olacaq dəyərini Nizami türk olaraq tanıdar.
Bir qərblinin də qarşısına aldığı düşmən bu Türkdür,bu türk Nizamiinin tanıdığı türklərdəndir,
Ərəb və Sasani qarşıdurmasından İslamı xilas edən bu türkdür.
Türkə kimlik inşa edənlərlə türk kimliyinin fərqini görə bilməyincə dərdlərimizi anlaya bilmərik,
Bir monqol kimi yaşayıb,adını türk qoyan türk ola bilməz,deməkdir bu,
Bir hindli kimi düşünüb,özünə türk deyən türk ola bilməzdi o zaman.
Türk olmaq qorxularını gizlətmək deyil,qorxusuz yaşamaqdır,
Kişilikdir,Ölümün gözünə dik baxmaqdır,məqamlara baş əyməməkdir,Allahdan başqa kimsəyə qul olmayan bəndədir.
Özünü türk sayan, monqol kimi yaşayan nə qədər belə insan var,
Kimi söyləyə bilərsiniz?
Qayğısı və qorxusunu özünə dərd edənlərin kimlyi olmur.Kişiliyi olmayanın kimliyi olmur,
Qayğısı və qorxusunu həll edə bilənlər bir zaman türk kişiliyini yaratdılar,
Türk kimliyi isə hələ yoxdur,
Türk adı ilə gizlənənlərin isə yaşamına baxın,
Kimin kim olmasını tanıyacaqsınız.
Monqol ittifağında sonrakı ittifağlarımız hələ ixtilafır,
Kimliyi ilə kişiliyi tərs düşənlərin ixtilafındayıq.
Bu gün Malazgird savaşına girənlərin günüdür,
O Türklərə salam olsun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2691 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...