"Bahar Energy” də kütləvi ixtisar gözlənilir?

"Bahar Energy” də kütləvi ixtisar gözlənilir?

"Bahar Energy” Əməliyyat Şirkəti növbəti dəfə ixtisarlara hazırlaşır. Gundeminfo.az xəbər verir ki, bu barədə Meydan TV-yə şirkətdə çalışan işçilər məlumat veriblər.

Onlardan biri işdən çıxarılma qorxusu ilə adının açıqlanmasını istəməyərək deyib ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmır. Halbuki ötən il işçilər ixtisar edilərkən maaşını azaltmaqla onu işdə saxlayıblar.

"49 yaşım var, təqaüd yaşına çatmamışam. Bu yaşdan sonra iş tapmaq da çətindir. Dənizdə çalışıram, fəhləlik edirəm, amma bunu da bizə çox görürlər”,-işçi deyib. Bildirib ki, ötən il işdən çıxarılanlara kompensasiya verilib, bəziləri isə kompensasiyadan imtina edərək övladının işlə təmin olunmasına nail olub.

"İndi isə ixtisarlar barədə yenidən söhbətlərə başlanıb. Hazırda şirkətdə işçilər arasında gərginlik var. Rəhbərlikdən bildiriblər ki, pul yoxdur”, – işçi deyib.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı da "Bahar Energy”də ixtisarların ola biləcəyini istisna etməyib.

Hüquq müdafiəçisi deyib ki, işçilərlə bağlanılan müvəqqəti müqavilələrin müddətini uzadılmır.

Şirkətdə çalışan işçilər hələ də ötən ilin dekabr ayının maaşını almadıqlarını deyirlər.

Onların sözlərinə görə, şirkətin rəhbəri Con Harkins bunu vəsaitin olmaması ilə izah edir.

"Maaşlar gecikdirildiyi üçün Əmək Məcəlləsinin 172.5-ci maddəsinə uyğun olaraq hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Amma ötən il də dəfələrlə ölkənin əmək qanunvericiliyini pozub, ixtisar, yaxud müxtəlif məbləğdə pul ödəməklə çoxlu sayda insanı işsiz qoyublar”, - Qəhrəmanlı söyləyib.

Meydan TV şirkətdən deyilənlərə münasibət öyrənə bilməyib, bu barədə danışmaq istəməyiblər.

"Bahar Energy”də ixtisarlar və maaşların gecikdirilməsi problemi 2014-cü ildən var. İşçilər ötən il də daxil olmaqla illərdir aksiyalar keçirərək problemlərinə diqqət çəkiblər.

"Bahar Energy” Əməliyyat Şirkəti ARDNŞ ( 20 faiz paya malik) və "Bahar Enerji Limited” (80 faiz paya malik) arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27 aprel 2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 1 oktyabr 2010-cu ildən fəaliyyət göstərir.

Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş "Bahar Energy Ltd” şirkəti çıxış edir.

"Bahar Energy”nin təsisçisi "Greenfields Petroleum Corporation” isə Kayman adalarında qeydiyyatdan keçib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
267 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...