FHN-də şübhəli tenderlər

FHN-də şübhəli tenderlər
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Rəchizat İdarəsi “güc maşınları və başqa tənzimləyici qurğular”ın satın alınması üzrə müsabiqəyə yekun vurub. ANAXEBER.info xəbər verir ki, müsabiqənin qalibi “Levkos AZ” MMC-dir. Qurumla şirkət arasında bağlanan müqavilənin maliyyə dəyəri isə 197 331 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Levkos AZ” MMC 8 yanvar 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZM olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Sabunçu təbəqəsi, 2-ci Zabrat dairəsi, ev 133, mənzil 72-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şıxıyeva Rübabə Ələddin qızıdır. Açıq mənbələrdə “Levkos AZ” MMC barədə hər hansı məlumat yoxdur. Rübabə Şıxıyevaya gəlincə, onun adına daha bir neçə şirkət var. Bunlar “Risk Grup” MMC, “Afon Qrup” MMC, “Hermeks As” MMC və “Febıks Az” MMC -lərdir.

Bu şirkətlərin hamısı “Levkos AZ” MMC ilə eyni ünvanda qeydiyyatdadır. Ümumiyyətlə, “Levkos AZ” MMC-nin qeydiyyatda olduğu ünvanda onlarla şirkət qeydiyyatdan keçib. Bu da Rübabə Şıxıyevanın sadəcə formal olaraq bu şirkətlərin qanuni təmsilçisi olmasına şübhələri artırır. Böyük ehtimalla həmin şirkətlər tender maxinasiyalarında, “obnaliçka əməliyyatları”nda istifadə üçün təsis edilib. Konkret olaraq “Levkos AZ” MMC-yə gəlincə, şirkət 10 aydır fəaliyyət göstərir. "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. 10 ayın şirkətinin bu tələblərə cavab verdiyi inandırıcı görünmür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...