İqbal Məmmədovn 9.5 milyon vergi borcu var

İqbal Məmmədovn 9.5 milyon vergi borcu var
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Gundeminfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, məhkəməz iclası bu günə - 24.02.2021-ci il tarixinə təyin olunub. İclasa Bakı Kommersiya Məhkəməsinin hakim Zeynəb Axundova sədrlik edəcək.

Məlumat üçün bildirək ki, “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16.10.1996-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 45 000 dollar olan MMC-nin qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğludur.

Qeyd edək ki, “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunub. 2019-cu ildə mətbuata verdiyi açıqlmada İqbal Məmmədov bildirib ki, o 2010-cu ildə deputat seçildikdən sonra müəssisəyə rəhbərliyi qardaşına həvalə edib. Bir müddət “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə rəhbərlik edən İqbal Məmmədovun qardaşı Asif Məmmədov isə 2006-2013-cü illərdə Balakən və Şamaxı rayonlarının İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Hazırda dövlət büdcəsinə böyük həcmdə - 9 milyon 474 min 766 manat 43 qəpik vergi borcu olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsini təsis edən millət vəkili İqbal Məmmədov 1982-88-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda SOCAR prezidenti Rövnəq Abdullayevin və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla birgə təhsil alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...