Vüsal Novruzov icra başçısı olmaq istəyir

Vüsal Novruzov icra başçısı olmaq istəyir
Gundeminfo.az-a daxil olan məlumata əsasən yaxın günlərdə Bakının Nizami rayonuna icra başçısı təyinatı reallaşacaq. Məlumata əsasən icra başçısı postuna gəlmək üçün daha çox can atan və özünə yeni himayəçilər axtaranlardan biri də, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovdur.

Məlumat verən mənbə bildirir ki, uzun illər Nizami rayonu ərazisində sabiq icra başçısı və həmyerlisi Arif Qasımovla dostluq əlaqələrindən istifadə edərək xeyli sayda obyektlər inşa edən Novruzov elə həmin rayona icra başçısı təyin olunmaq arzusuna düşüb.

Gömrük generalı olan Novruzov Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə sədr təyinatı ilə işini itirib. Bundan sonra əslən Naxçıvandan olan bu sabiq məmur bir müddət yenidən gömrük orqanlarında vəzifə tutmaq üçün çalışıb. Lakin Səfər Mehdiyev heç bir halda buna razılıq verməyib.

GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxınlığı ilə seçilən Vüsal Novruzovun böyük sərvətlərə sahib olduğu iddia edilir. Hazırda heç yerdə işləməyən gömrük generalının Bakının Nizami rayonunda icra başçısı təyinatı almaq üçün özünə yeni himayəçilər axtardığı deyilir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
132 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...