Tofiq Yaqublu azadlığa buraxıldı - YENİLƏNİB

Tofiq Yaqublu azadlığa buraxıldı -

Bu dəqiqələrdə Gundeminfo.az-a daxil olan məlumata görə, iki həftədən çoxdur ki, aclıq aksiyası keçirərək həbsinə etiraz edən Tofiq Yaqublu məhkəmənin qərarı ilə azadlığa buraxılacaq. Bu gün saat 16:00-da keçiriləcək məhkəmədə Tofiq Yaqublunun vəkili Aqil Layıcın vəsatəti əsasında baş tutacaq. Vəsatətə əsasən birinci instansiya məhkəməsin in qərarı qüvvəyə minənə qədər Tofiq Yaqublunun azadlığa buraxılması istənilir. Detallar barədə məlumat veriləcək.

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılıb və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...