Onlayn alış-veriş edənlərə şad xəbər - qadağa yumşaldıldı

Onlayn alış-veriş edənlərə şad xəbər -
Bir müddət öncə Dövlət Gömrük Komitəsinin təklifi ilə ölkəyə şəxsi istehlak məqsədilə onlayn qaydada məhsul gətirilməsinə məhdudiyyətin tətbiqinə dair qərar qəbul edilmişdi. Nazirlər Kabinetinin qərarı bu ayın 20-dən etibarən qüvvəyə minməli idi. Qərara əsasən hər bir vətəndaş bir ay ərzində yalnız 300 ABŞ dolları həcmində şəxsi istehlak məqsədilə mal gətirə bilərdi. Qərarın qəbul edilməsi vətəndaşlar arasında ciddi narazılıqlara sabəb olmuşdu.

Gundeminfo.az-a daxil olan məlumata əsasən qərarın icrası ilə bağlı bir sıra yumşaldıcı addımlar atılıb. Məlumata əsasən DGK-nin rəhbərliyinin karqo şirkətləri ilə keçirilən görüşü zamanı məsələ ciddi müzakirə edilib.

Onlayn alış-veriş edənlərə şad xəbər -
Karqoçular təklif ediblər ki, limitin 800 dollardan 300 dollara qədər azaldılması onların fəaliyyətinə ciddi təsir göstərib. Nəticə etibarilə də, gömrük rüsumları üzrə ödənişlərinin də kəskin azalmasına səbəb olacaq. Aparılan müzakirələrdən sonra limit 300 dollar həddində saxlanılsa da, bir ay ərzində bir bağlamadan sonra limitin bitməsinə dəlalət edən məqam ləğv edilib. Yəni bir vətəndaş bir təqvim ayı ərzində istədiyi sayda bağlama gətirə bilər, lakin 300 dollarlıq limiti keçməmək şərtilə. Əgər istehlak zamanı 300 dollarlıq limit keçilərsə 36 faizlik əlavə dəyər vergisi tətbiq olunacaq.

Gundeminfo.az-a daxil olan informasiyaya əsasən artıq ölkənin onlayn ticarət üzrə ixtisaslaşmış, iri dövriyyəsi olan karqo şirkətləri bununla bağlı müştərilərinə məlumat göndərib. Belə ki, starex kimi iri onlayn ticarət karqo şirkəti dünəndən etibarən yumşaldılma ilə bağlı məlumatlar yayıb. Məlumatda 300 dollarlıq limiti keçənə qədər istənilən say həcmdə idxal olunan bağlamalar əvvəlki qaydada vergi tətbiq edilmədən ölkəyə gətiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...