Siqaret bu gün də bahalaşdı - satışa limit tətbiq edildi

Siqaret bu gün də bahalaşdı -

Bu gün səhər saatlarından etibarən Azərbaycanda pərakəndə satış mərkəzlərində siqaretlə yenidən bahalaşıb. Gundeminfo.az-a məlumat verən dükan sahibləri bildiriblər ki, bir neçə gün öncə ölkədə siqaretlərin qiyməti 10-20 qəpik arasında bahalaşmışdı. Bu gün səhərdən isə yenidən bahalaşma baş verib.

Topdansatış məntəqələrindən pərakəndə satış mərkəzlərinə verilən siqaretlərin qiymətində artım baş verib. Hələlik artımın nə qədər olması barədə dəqiqləşdirmə aparan ticarətçilər bildirib ki, böyük ehtimalla yenidən 30-40 qəpiyə qədər bahalaşma olacaq. Bundan başqa Gundeminfo.az-a danışan ticarətçilər bildiriblər ki, onlara siqaretin verilməsinə də məhdudiyyətlər tətbiq edilib. Belə ki, bu gün səhər saatlarından etibarən hər pərakəndə satış məntəqəsi nə 5 qutudan artıq siaqret verilməyib.

Ticarətçilər bildirir ki, onsuz da bir neçə həftədir bəzi siqaretlər azalmışdı. Bu həfətədn etiabrən isə demək olar ki, istehlakçılara siqaret satılmasında məhdudiyyətlər müştərilər arasında narazılıqlara səbəb olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
407 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...