Qaraşov da gedir: Lənkəran şefinə korrupsiya ittihamları

Qaraşov da gedir:
Taleh Qaraşovun və xanım müavinin çoxsaylı mülkləri var?

Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayılıb.

“Millətinsəsi.info” xəbər verir ki, təhsil üzrə tanınmış ekspert Elşən Qafarov sosial şəbəkələrdəki hesabında Lənkəranın icra başçısı və onun müavini tərəfindən talan edildiyini bildirib.

Ekspert, icra başçısı Taleh Qaraşovun xanım müavininin təsiri altında olduğunu da iddia edib.

E. Qafarov video-müraciətində T. Qaraşov və müavininin korrupsiya sxemlərini açır və çoxsaylı mülkləri hansı vəsaitlə əldə etdiklərinin araşdırılmasını vacib sayır.

Ekspert, eyni zamanda, Rəsilə Əliyevanın müavin olduğu qısa müddətdə aldığı və ya ona bağışlanan əmlakları sadalayır:

1. “Dəniz Hotel” (anasının adına sənədləşdirilib)

2. Bakıda, “Gənclik” metrostansiyası yaxınlığında villa (850 000 manat dəyərində)

3. Lənkəranda, Qala adlanan mərkəzi yaşayış massivində 2 otaqlı mənzil

4. Lənkərənda, dəniz kənarında villa

5. Rvo kəndi ərazisində, Lənkəran çayı sahilində böyük torpaq sahəsi

6. Bakıda, Ağ Şəhərdə (AMAY TM-nin yaxınlığında) 3 otaqlı mənzil

7. Lənkəranda, “RayPO” adlanan yaşayış massivində 4 otaqlı mənzil

8. Lənkəranda, “EvroAptek” deyilən binada 2 otaqlı mənzil və s.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...