"Bank of Baku" niyə karantin rejiminə əməl etmir?

"Bank of Baku" niyə karantin rejiminə əməl etmir?

"Bank of Baku” "EvdəQal" çağırışına əməl edən müştəriləri faizlərlə yükləyir.

Bizimxeber.az-a verilən məlumata görə, "Bank of Baku” ASC-nin Bakı şəhəri Bakıxanov rayon filialı, "Bol kart" sahibləri olan müştərilərini güzəşt əvəzinə faizlə yükləyir. Preziden İlham Əliyev başda olmaqla bütün Azərbaycanın dövlət qurumları və hətta özəl sektor, sahibkarlar COVİD-19 pandemiyası ilə mübarizəyə dəstək üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardımlar edərək, ölkəni və əhalini bu bəladan qurtarmağa çalışdığı bir ərəfədə, "Bank of Baku” "Bol kart" sahibləri olan müştərilərini "EvdəQal"maqla cəzalandırır.

Belə ki, borclu olan bəzi vətəndaşların kartının müqavilə müddəti bitdiyi üçün, "Bank of Baku”onları gündəlik faizlə yükləyir. Müqavilənin yenilənməsi üçün isə borc məbləğinin tam ödənilməsi tələb edilir.

Hazırda "Bank of Baku” ASC-nin Bakı şəhəri Bakıxanov rayon filialı müştəriləri tək-tək qəbul etdiyi üçün girişdə növbə yaranıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
310 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...