İcra başçısı təzədir, amma Xətaini dağıtmaqda qərarlı görünür - FOTOLAR


İcra başçısı təzədir, amma Xətaini dağıtmaqda qərarlı görünür -
Son illərdə sakinlərin ən çox narazılıq etdiyi rayonlardan biri, bəlkə də birinicisi Xətaidir. Keçmiş icra başçısı Razim Məmmədovun rəhbərliyi dönəmində bu royonun “oğru qanunları” ilə idarə olunduğu çoxlarına bəllidir. Təsadüfi deyil ki, bu səbəbdən də ölkə rəhbərliyinə barəsində ən çox şikayət olunan başçılardan biri də məhz Razim Məmmədov idi. Doğrudur, bu şikayətlərin əksəriyyəti gedib ünvanına çatmırdı. Prezident Administrasiyasinin keçmiş rəhbəri Ramiz Mehdiyev və Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubov tərəfindən himayə olunan R.Məmmədov haqda elə yerindəcə “boğulurdu”. Amma, əldə etdiyimiz məlumata əsasən, yeni komandanın islahatçı üzvləri tərəfindən icra başçısının çoxsaylı qanunsuz əməlləri haqda prezident İlham Əliyevə məlumat verildikdən dərhal sonra Razim Məmmədov vəzifəsindən azad olunub.

Xətainin icra başçısı istefaya göndəriləndən sonra rayon sakinləri rahat nəfəs almağa başlamışdılar. Düşünürdülər ki, Razim Məmmədovun gedişi ilə rayonda bir sıra özbaşınalıqların qarşısı alınar, ən azı “yaşıl soyqırım”a ara verilər, binaların həyətlərində qanunsuz tikililərə imkan verilməz və s. Amma necə deyərlər, sən saydığını say, gör yeni gələn icra başçısı nə sayırmış…

Əlbəttə, Razim Məmmədovdan sonra Xətainin icra başçısı vəzifəsinə təyin olunan Quluyev Rafiq Çəpərxan oğlu heç də “yeni kadr” deyil. Hətta, çoxlarının düşündüyü kimi, o, islahatçı komandanın üzvü də deyil. Sadəcə, R.Məmmədov vəzifəsindən azad olunduqdan sonra, Prezident Administrasiyasında illərdir onu himayə edən məmurlar sabiq başçının yerlisi və ən etibarlı kadrı olan Rafiq Quluyevi onun yerinə təyin etdirməklə, yenidən Xətai rayonunu öz nəzarətləri altında saxladılar. Çox təəssüflə qeyd edirik ki, bu səbəbdən də, icra başçısı yenilənsə də, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı islahatlar Bakının ən böyük rayonlarından biri olan Xətaiyə hələ də gəlib çatmayıb. Əksinə, sakinlər deyir ki, icra başçısı Rafiq Quluyev öz əməlləri ilə sələfi Razim Məmmədovun atasına “rəhmət oxutdurur”.

Qeyd edək ki, 9 fevral növbədənkənar parlament seçkiləri ərəfəsində onu himayə edən mühafizəkar komandanın rəhbərləri tərəfindən icra başçısı R.Quluyevə rayonda narazılığı nisbətən aradan qaldırmaq göstərişi verilmişdi. Məqsəd qısamüddətli görüntü yaratmaqla, əhalinin səsini qazanmaqdan ibarət idi. Bu səbəbdən, icra başçısı bütün idarə və müəssisələri səfərbər edərək, guya, rayonda abadlıq işlərinin başlanıldığı görüntüsü yaratmışdı. Məsələn, “jek” işçilərinə tapşırılmışdı ki, binaların həyətində səliqə-səhman yaradılsın, tullantılar vaxtında daşınsın və s.

İnsaf naminə, bu istiqamətdə müəyyən işlər də görüldü. Lakin seçki başa çatar-çatmaz Rafiq Quluyevin “abadlıq əməliyyatı”na da son verildi. Ən pisi isə budur ki, “abadlıq” adı altında bir sıra binaların həyətlə darmadağın edilsə də, bu iş başa çatdırılmadı. Nəticədə isə, hələ də həyətlər müharibədən çıxmış vəziyyəti xatırladır.

Bunlardan biri kimi, Rahib Məmmədov küçəsi, 12 saylı binanın qarşısından çəkilən görüntüləri təqdim edirik. Hansı ki, ətrafdakı bir neçə binanın sakinləri günlərdir istər “jek” müdirinə, istər də icra hakimiyyətinə müraciət etsə də, onların şikayətinə baxan yoxdur. Sakinlər deyir ki, seçkidən sonra icra başçısı Rauf Quluyevin vəziyyəti çox gərgin olduğundan, o, hazırda əhalinin şikayətləri ilə maraqlana bilmir. Başçının ətrafı da icra başçısının istefaya göndəriləcəyi ilə bağlı sərəncamı gözlədiyindən, hazırda kimsə öz vəzifəsinin icrası ilə məşğul deyil.

Məlumata görə, icra başçısının “qara siyahı”ya düşməsinə səbəb Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iradəsinə zidd olaraq, Xətai rayonunda seçkilərin kütləvi şəkildə saxtalaşdırılmasına göstəriş verməsidir. Hansı ki, onun bu göstərişi öz himayədarlarından (mühafizəkarlardan) aldığı haqda iddialar var. Təsadüfi deyil ki, məhz ölkə başçısının tapşırığı ilə - 33 saylı Xətai birinci seçki dairəsi və 35 saylı Xətai üçüncü seçki dairəsində seçkinin nəticəsi ləğv olunub.

Digər tərəfdən, R.Quluyevin uzun illərdir “ağsaqqalım” deyib, hər zaman qarşısına qaçdığı 33 saylı Xətai birinci seçki dairəsindən “lider” namizəd Hüseynbala Mirələmovun “vurulması” da onun əlini-qolunu tamam “sındırıb”. Görünür, bu səbəblərdən də icra başçısı faktiki olaraq öz səlahiyyətlərinin icrasını “dondurub”.

Hurriyyet.org

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin mövqeyini də dərc etməyə hazırıq.

İcra başçısı təzədir, amma Xətaini dağıtmaqda qərarlı görünür -
İcra başçısı təzədir, amma Xətaini dağıtmaqda qərarlı görünür -
İcra başçısı təzədir, amma Xətaini dağıtmaqda qərarlı görünür -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...