Lerik İqbal Məmmədovdan imtina edir

Lerik İqbal Məmmədovdan imtina edir
“Relax” İstirahət Mərkəzinin sahibi, deputat İqbal Məmmədovun yenidən 78 saylı Lerik seçki dairəsindən namizəd olması seçicilərin etirazı ilə qarşılanıb. Seçicilər onların problemlərinə biganə yanaşan, bəzi hallarda problem yaradan Iqbal Məmmədovu deputat kimi görmək istəmirlər.

Hələ bir neçə il əvvəl Lerik sakinləri Prezident İlham Əliyevə müraciət edərək İqbal Məmmədovun 1500 sakinin yaşadığı Orand kəndini susuz qoyduğunu bildirirdilər. Onların sözlərinə görə, kəndə Kömurgöydən su xətti çəkilib. Sonradan İqbal Məmmədov da həmin mənbədən Zuvand bölgəsində əkdirdiyi 200 hektardan çox kartof sahəsini suvarmaq üçün su xətti çəkib. Bununla da bütöv bir kəndi susuz qoyub.
9 fevral seçkilərində İqbal Məmmədovun yenidən 78 saylı dairədən namizəd olduğu bilinəndən sonra Orand sakinləri onun əleyhinə imzatoplama kampaniyasına başlayıblar.
Bu barədə mətbuatda da məlumatlar yayılıb. Orand kənd sakinləri adından daxil olan və 138 nəfər tərəfindən imzalanan müraciətin bir nüsxəsinin Prezident Adminstrasiyasına, digər nüsxəsinin isə Mərkəzi Seçki Komissiyasına göndərilib.
Müraciətə rayonun Şingədulan və Osyodərə ərazi icra nümayəndəliklərinə daxil olan kəndlərin sakinlərinin də qoşulub.

Şingədulan sakinləri poçt vasitəsilə aidiyyatı qurumlara müraciət də göndəriblər. Onlar ötən seçkilərdə parlamentdə təmsil olunan İqbal Məmmədovun fəaliyyətsizliyindən şikayət ediblər.
Osyodərə ərazisinə daxil olan kəndlərin sakinləri isə deputatı son 5 ildə bircə dəfə də görmədiklərini qeyd ediblər. Sakinlər bildiriblər ki, İqbal Məmmədov yerli məmurlarla və yaxın dostu “Azərsu” przidenti Qorxmaz Hüseynovla əlbir olaraq 3 kəndi – Şivlə, Biləvər və Geskön susuz qoymaq istəyib. Bu məsələ isə rayonda böyük qalmaqala səbəb olub. Ümumilikdə 800-dən çox imza toplanıb. Sakinlər İqbal Ağazadənin namizədliyinin ləğv olunmasına çalışsalar da, bu baş tutmayıb.
Bundan əlavə İqbal Məmmədovun biznes imperiyası barədə müxtəlif məlumatlar yayılıb. Həmin məlumatlarda deputata məxsu biznes strukturlarının və əmlakların adı da qeyd olunub. Siyahını təqdim edirik:

1. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).
2. “Relax” şirkətlər qrupu (Lerikdə “Relax” İstirahət Mərkəzi də bura daxildir).
3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma.
4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.
5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.
6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır).
7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.
8. Yanğınsöndürmə balonlarının biznesi (“Azərtürkmm” şirkəti).
9. Tibbi yardım çantalarının (“apteçka”) biznesi (Azərtürkmm” şirkəti).
10. Lerik rayonunda donuz ferması.
11. Lerik rayonunda dəvəquşu ferması.
12. “Piran broyler” şirkəti (qardaşı Çingiz idarə edir).
13. Piran kənində şeben və kərpic fabrikləri.
14. Şüvəlan və Novxanıda villa.
15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,
16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər,
17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,
18. Lerik rayonunda villalar…

Növbədəkənar parlament seçkiləri təyin edilməmişdən əvvəl biznesmen deputatların Milli Məclisdə təmsilçiliyinə son qoyulacağı barədə xəbərlər yayılıb. Bəzi ekspertlər Milli Məclisin buraxılmasını həm də biznesmen deputatlardan üzülüşmək məqsədi daşıdığı barədə mülahizələr irəli sürür.
İqbal Məmmədov bu günə qədər barəsində səsləndirilən ittihamlara cavab verməyib.

Nyus.Az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
464 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...