Parlament seçkiləri 2020-ci ilin fevralın 9-a təyin olundu

Parlament seçkiləri 2020-ci ilin fevralın 9-a təyin olundu
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncamına əsasən, seçkilər gələn il fevral ayının ikinci bazar günü keçiriləcək.

Qeyd edək ki, həmin sərəncamla Milli Məclisin hazırkı, beşinci çağırışı buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...