Camalov Zərdabda heç nəyi dəyişmədi - kabinetindən başqa

Camalov Zərdabda heç nəyi dəyişmədi -

"Elimizin bir məsəli var. Biri birinin ardından bədlik gələndə deyirik ki, filankəs filankəsə şükür oxutdurur. Düzdür, kimsə Zərdabın keçmiş icra başçısı Lütvəli Babayevə şükür oxutdura bilməz. Çünki zərdablılar ondan çəkdiyini çəkib. Amma təzə başçımız Mərdan Camalov da deyəsən Lütvəli müəllimin yolunu gedir". Bu sözlər DİA.AZ-a ünvanlanan müraciətdə yer alıb.

Redaksiyamıza yazan Zərdab sakinləri iddia edirlər ki, digər yeni icra başçılarından fərqli olaraq əslində mahiyyətcə köhnə olan Şirvanın keçmiş RİH rəhbəri Mərdan Camalov Zərdaba gələndən sonra ela bil sanki kabinetinin yerini dəyişirmiş kimi davrandı:

"Biz mətbuatdan oxuyurduq ki, Mərdan Camalov Şirvanda nə şikayətçiyə üz verər, nə xalqın sözünü dinləyər. Elə Zərdabda da eyni şəkildə narazı vətəndaşlardan uzaq qaçır. Qulağı ancaq tərif eşitmək istədiyindən, ya da hansısa səbəbə başı qarışdığından gəldiyi gündən hələ bir nəfər şikayətçini də qəbul etməyib".

Sakinlər təzə başçının ilk günlərindən üzüldüklərini, gələcəyə isə ümidlə baxdıqlarını da bildirilər: "Ümid edirik ki, Mərdan müəllim "toparlanıb" qara camaata da gün ağlayar. Necə ki, başqa rayonların yeni rəhbərləri xalqla sıx təmasdadırlar..."

Dia.az olaraq iddia olunanlarla bağlı cənab başçının da mövqeyini öyrənmək istəsək də, bizdə olan telefon nömrəsi gün ərzində bağlı olduğundan istəyimiz baş tutmadı. Amma istənilən halda cənab başçını dinləməyə hazırıq...

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
72 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...