Milli Məclisdə Fransa ilə işçi qrupu yaradılmadı

Milli Məclisdə Fransa ilə işçi qrupu yaradılmadı

Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb.

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Parlamentin bu gün keçiriləcək plenar iclasına tövsiyə olunan qərar layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılması məsələsi əksini tapmayıb.

Qeyd edək ki, ötən çağırış Azərbaycan parlamentinin Fransa ilə əlaqələr üzrə işçi qrupu Parisin qeyri-konstruktiv mövqe tutması səbəbindən fəaliyyətini yarımçıq dayandırmışdı.//APA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
310 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...