Türk lirəsi manat qarşısında kəskin dəyər itirdi

2021-ci ilin martın 5-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2261 manat təşkil edib. Bu, son iki ayda qeydə alınan ən aşağı göstəricidir.

Gundeminfo.az xəbər verir ki, bundan əvvəl lirənin manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin dekabrın 28-də qeydə alınmışdı – 0,2246 manat.

Qeyd edək ki, 2021-ci ilin fevralın 1-nə Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2336 manata çataraq yarımillik maksimuma çatmışdı. Həmin tarixdən lirə manata nisbətdə 3,21% ucuzlaşıb.
Xatırladaq ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2,0327 manata (biraylıq minimum) 1 Rusiya rublu isə 0,0228 manata enib. (Apa)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
458 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...