Əfqanıstanda gips zavoduna hücum olub, 7 fəhlə ölüb

Əfqanıstanın Nanqahar əyalətinin Surhrud rayonundakı gips zavoduna silah hücum nəticəsində 7 fəhlə ölüb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Nanqahar əyalətinin polis rəisi Cuma Gül Himmət bildirib.

Hücum edənlərin kimliyi məlum deyil. Bu aksiyanın məsuliyyətini də hələ ki heç bir qruplaşma üzərinə götürməyib.

Əyalət Şurasının deputatı Nilüfər Əziz bildirib ki, öldürülən fəhlələr xəzəridir. O, bu səbəbdən hücumun terror qruplaşmalar tərəfindən törədiləcəyini qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...