"Barselona"dan "Yuventus"a 82 milyon avroluq transfer

"Barselona"dan "Yuventus"a 82 milyon avroluq transfer

İspaniyanın "Barselona" klubunun futbolçusu Artur Enrike Ramos de Oliveyra Melo İtaliya "Yuventus"una transfer olub.

"Report"un Kataloniya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçidən ötrü turinlilər 72 milyon avro ödəyib. Daha 10 milyon avro isə müxtəlif bonuslara sərf olunacaq.

23 yaşlı oyunçu 2019/2020 mövsümünü "Barsa"da başa vurduqdan sonra yeni klubunun düşərgəsinə qoşulacaq. "Yuventus"un onunla 5 illik müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Artur "Barselona"ya 2018-ci ilin yayında "Qremio"dan keçib. O, Kataloniya komandasının heyətində 72 oyunda 4 qol vurub. "Sambaçı" "Barsa" ilə 2019-cu ildə İspaniya çempionu və Superkubokun qalibi olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...