Azərbaycanlı taekvondoçu olimpiya çempionunu məğlub edərək yarımfinala yüksəlib

Azərbaycanlı taekvondoçu olimpiya çempionunu məğlub edərək yarımfinala yüksəlib

Bu gün Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Apasport.az saytının məlumatına görə, kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizəyə start verib.

Kişilər arasında 68 kq çəkidə Azərbaycanı təmsil edən Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz 11:3 hesabı ilə qalib gələrək, 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə qarşılaşıb. 19 yaşlı idmançımız təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb. Qadınlar arasında 57 kq mübarizəyə ilkin mərhələdən başlayan Günay Ağakişiyevanın birinci rəqibi serbiyalı Draqana Qladoviç olub. Görüş Günay üçün məğlubiyyətlə başa çatıb - 8:4 hesabı ilə qalib gəlib.


Qeyd edək ki, dünən Patimat Abakarova (48 kq) qadınların yarışında 3-cü yeri tutub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...