“Azərbaycan haqsızcasına Qərbin hücumlarına məruz qalır”

“Azərbaycan haqsızcasına Qərbin hücumlarına məruz qalır”

Totalitarizmdən çıxmış, Qərblə ittifaqda olan və azad bazar demokratik ictimaiyyətinə daxil olmağa çalışan ölkə təsəvvür edin. Trend-in məlumatına əsasən, bu barədə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın “The Daily Caller” qəzetində dərc olunan məqaləsində yazır.

A.Mollazadə yazır: “Birləşmiş Ştatlar insan hüquqlarının müdafiəsinə ən yaxşı hansı yolla kömək edə bilər – tərəfdaş kimi ölkəyə kömək etməklə yoxsa, izqoy kimi onu hücumlara məruz qoymaqla?” O bildirib ki, bu gün bu, ABŞ və müttəfiqləri üçün mühüm sualdır: "Tənqidçilər yaddan çıxarmamalıdır ki, Azərbaycan 70 il Sovet hakimiyyəti altında yaşayıb və artıq 20 ildir ki, ərazisinin 20 faizi işğal altındadır".

A.Mollazadə məqalədə qeyd edir ki, Azərbaycanın Mərkəzi Asiya, Şərqi Avropa və Yaxın Şərqin kəsişməsində yerləşməsi onu əhəmiyyətli ticarət və nəqliyyat qovşağına çevirir: “Qonşu Ermənistan 1990-cı illərdə ölkəmizə soxulub, Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu işğal edib. Azərbaycanlılar üçün insan hüquqlarının pozulmasının ən pis nümunəsi Ermənistan işğalı nəticəsində 1 milyon qaçqının doğma torpaqlarını məcburi tərk etməsidir”.

Məqalədə qeyd edilir ki, insan hüquq müdafiəçiləri Azərbaycanın tolerantlıq ənənələrini də qiymətləndirməlidirlər: “Belə ki, əsrlər boyu müsəlman, xristian və yəhudilər ölkədə sülh şəraitində yaşayıblar. Bizi tənqid edənlər etiraf etməlidirlər ki, digər ölkələrdə acınacaqlı halda olduğu təqdirdə, Azərbaycanda təhlükəsizlikdə olan dini azadlıq əsas insan hüququdur”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1230 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...