TDT-nin fövqəladə iclasının keçirilməsini Azərbaycan təklif edib

TDT-nin fövqəladə iclasının keçirilməsini Azərbaycan təklif edib

Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə toplantısı Azərbaycanın təklifi ilə baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Tarix sürətlə gedir. Biz məsləhətləşmələrimizi intensivləşdirməliyik. Can Azərbaycan bunu nəzərə alaraq Təşkilatımıza Fövqəladə Zirvə Toplantısı təşkil etməyi təklif etdi. Təşkilatın hazırkı prezidenti Özbəkistan da bizə ev sahibliyi etmək şərəfini təklif etdi. Zirvəmizi başqa gündəmlə toplamaq istərdik. Lakin biz əsrin fəlakəti ilə əlaqədar olaraq “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunu seçdik”, - o bildirib.
Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü keçiriləcək.
Prezident İlham Əliyev Zirvə görüşündə iştirak etmək üçün Ankaraya gedib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
468 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...