İranda yağan güclü qar nəticəsində iki nəfər xəsarət aldı

İranda yağan güclü qar nəticəsində iki nəfər xəsarət aldı


İranın 5 əyalətinə yağan güclü qar nəticəsində 2 nəfər xəsarət alıb, yolda qalmış 38 avtomobil sahibinə yardım göstərilib. Trend-in məlumatına görə, bu barədə "mojnews" xəbər saytına İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Mustafa Murtəzəvi deyib.

M.Murtəzəvi bildirib ki, Şərqi Azərbaycan, Ərdəbil, Çahar Mahal və Bəxtiyarı, Zəncan və Lorestan əyalətlərində güclü qar yağıb: “Qarda köməksiz qalmış 200 nəfər xilas edilib, onlardan 2 nəfər xəsarət aldığı üçün ambulator yardım göstərilib".

Qeyd edək ki, yağan güclü qarla əlaqədar Şərqi Azərbaycan əyalətinin bəzi bölgələrində məktəblər də bağlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...