Marmarisdə yanğını iki 10 yaşlı uşaq törədib

Marmarisdə yanğını iki 10 yaşlı uşaq törədib
Muğlanın Marmaris bölgəsində dünən günorta saatlarında başlayan, 1 nəfərin də həyatını itirdiyi meşə yanğını davam edir.

Unikal.org xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 10 yaşında olan 2 uşağın və bir pedaqoqun ifadəsi alınıb. Onlar bildirib ki, kitab yandırdıqları zaman alovun həcmi birdən-birə artıb:

"Kitab yandırırdıq, alov artdı. Kola butulkasını su ilə doldurub söndürməyə çalışsaq da bu, mümkün olmadı. Biz də qaçdıq".

Yanğının başladığı yerə yaxın olanlar da hadisəni 10 yaşlı 2 uşağın törətdiyini bildiriblər.


Qeyd edək ki, dünən günorta saatlarında Armutalan bölgəsində başlayan yanğın qırmızı şam ağacları ilə örtülmüş meşə sahəsində hələ də davam edir. Yanğının hələ də davam etdiyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...