Parisdə iki terrorçu öldürüldü

Parisdə iki terrorçu öldürüldü

Bu gün səhər Parisdə təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı 13 noyabrda törədilmiş terror aktlarına bağlılığı olduğu bildirilən 2 nəfər zərərsizləşdirilib.

APA-nın “Le Monde”a istinadən verdiyi məlumata görə, əməliyyat Paris ətrafındakı San-Denidə, “Stade de France” stadionunun yaxınlığında keçirilib. Əməliyyat zamanı 2 terrorçu öldürülüb. Daha 3 nəfərin sağ yaxalandığı xəbər verilir. Bir neçə polis yaralanıb. Əməliyyat keçirilən ərazi ətrafdan təcrid edilib, ictimai nəqliyyatın hərəkəti dayandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
918 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...