Ermənilərin Şuşaya “İsgəndər” atmaq planı haqda açıqlama

Ermənilərin Şuşaya “İsgəndər” atmaq planı haqda açıqlama


“Düz 100 il əvvəl Şuşa ermənilərdən türklərin məsləhəti ilə təmizləndi. Və bu gün türklər Şuşanın strateji əhəmiyyətini başa düşürlər".

Bunu erməni ictimai və siyasi xadim Miqran Hakobyan dünən küçiediyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq "İskəndər" raketinin Şuşaya qarşı niyə istifadə edildiyi, niyə Azərbaycanın vacib mərkəzlərinə və strateji hədəflərinə zərbə endirmədiyi barədə suallar qaldırmaq lazımdır.

“Zərbə ona görə endirildi ki, Şuşanı təmizləyən erməni qüvvələr oradan çıxsın. Bundan sonra nə baş verdiyini bilmirəm, amma sonradan Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğu açıqlandı. Bu bir həqiqətdir. Və biz xəyanət olduğunu söyləyə bilərik.

Şuşaya qarşı "İskəndər" zərbəsi bəhanəsi ilə Şuşanı təslim etmək üçün erməni qüvvələri oradan geri çəkildi. Bu, Nikol Paşinyanın birbaşa iştirakı ilə baş verdi. Gələcəkdə araşdırma komissiyası yaradılacağını və xəyanətin "üzə çıxacağını" düşünürəm", - deyə o bildirib.

Siyasətçiyə görə, indi Nikol Paşinyan təslim olmasına haqq qazandırmaq üçün Milli Məclisin tribunasından Şuşa haqqında açıqlamalar verir:

"Əvvəlcə qaranlıq bir şəhər olduğunu, indi isə Azərbaycan şəhəri olduğunu söyləyir."

Miqran Hakobyana görə Şuşa türklər üçün əhəmiyyətlidir, çünki Şuşaya sahib olduqları üçün bütün Qarabağı idarə edirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
419 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...