Tramp: “Rusiya bizə həsəd aparır”

Tramp: “Rusiya bizə həsəd aparır”
ABŞ Prezidenti Donald Tramp ABŞ-ı silahlandırmaqla öyünür və dünyada zor gücü ilə barışıq yaratmaq istəyir.

TASS xəbər verir ki, o bunu Viskonsində mitinqdə çıxış edərkən deyib.

Trampın sözlərinə görə, yeni silahlar yaradıldıqdan sonra ABŞ hərbi baxımdan dünyanın ən güclü ölkəsinə çevrilib. Lakin ABŞ lideri bildirib ki, silahların heç vaxt istifadə olunmayacağına ümid edir:

“İndi ən güclü silahlı qüvvələr bizdədir. Rusiya, Çin, Şimali Koreya və dünyanın digər bütün ölkələri bizə həsəd aparır. Əlimizdə olan silahlara yaxın silaha sahib olan yoxdur. Və ümid edirik ki, heç vaxt onları istifadə etməli olmayacağıq. Ancaq biz güc mövqeyi tətbiq etməklə sülh quracağıq. Bütün bunlar onun üçündür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...