Tramp Türkiyəyə qarşı sanksiyalarla bağlı qərar verdi

Tramp Türkiyəyə qarşı sanksiyalarla bağlı qərar verdi


ABŞ Prezidenti Donald Tramp Suriyadakı hərbi əməliyyatlar ilə əlaqədar olaraq Türkiyəyə qarşı sanksiyalar barədə fərman imzalayıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bazar ertəsi yaydığı bəyanatda bildirib.

Onun sözlərinə görə, bu addım Türkiyənin Suriyanın şimal-şərqindəki hücumlarını dayandırmaq və atəşkəsə məcbur etmək üçün atılır.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-dan etibarən Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayıb. Son məlumatlara görə, əməliyyat zamanı 500-dən çox silahlı zərərsizləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
474 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...