Qobustanda üç yaşlı uşağın üstünə manqal aşdı

Qobustanda üç yaşlı uşağın üstünə manqal aşdı

Qobustanda bədbəxt hadisə baş verib.

Şəhər sakini, 2016-ci il təvəllüdlü Muradov Rasim Murad oğlu həyətdə oynayarkən üstünə manqal aşıb.

O, ailəsi tərəfindən ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxananın cərrahiyə şöbəsindən verilən məlumata görə, R.Muradov xəstəxanaya daxil olarkən ağır komatoz vəziyyətdə olub. O, açıq kəllə-beyin travması, baş beyinin əzilməsi diaqnozu ilə paytaxt Bakıya göndərilib. Hazırda azyaşlı komadadır.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...