Orduda daha bir yüksək rütbəli zabit həbs olundu

Orduda daha bir yüksək rütbəli zabit həbs olundu
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.

GUNDEMİNFO.AZ APA-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsaitinə baxılıb. Məhkəmə vəsaiti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
337 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...