Koronavirusa yoluxanların sayı niyə artır? - AÇIQLAMA

Koronavirusa yoluxanların sayı niyə artır? -
"Pandemiya hələ bitməyib. Bunun bitməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) raportu yoxdur".

Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Həkim bildirib ki, ayrı-ayrı regionlarda mutasiya etmiş ştamların yeni dalğası hər an gözləniləndir:

""Omikron" heç də mutasiya edən sonuncu ştam deyil. Pandemiyanın təhlükəsi hələ də qalıb. Ona görə də karantin qaydalarının fərqində olmalıyıq. Bu qaydalar vəziyyətdən asılı olaraq yumşaldıla və ya sərtləşdirilə bilər. Qərarlar epidemoloji vəziyyətə uyğun olaraq verilir. Bəzi ölkələrdə koronavirusun yeni ştamlarının mutasiya variantlarının artması müəyyən narahatlıq doğurur. Buna qarşı tədbirlər görülür. Hələ pandemiyanı bitmiş hesab etməli deyilik".

Qeyd edək ki, ölkəmizdə gündəlik yoluxma sayının əvvəlki günlərlə müqayisədə artdığı müşahidə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...