Bayden rəhbərlik etdiyi ölkənin adını unutdu - VİDEO

Bayden rəhbərlik etdiyi ölkənin adını unutdu -
ABŞ Prezidenti Co Bayden çıxışı zamanı rəhbərlik etdiyi ölkənin adını tələffüz edə bilməyib.

Hadisənin videosu internetdə yayılıb.

“Cəmiyyətdə əks olunan Ey-Ey… En-Eyç… Ey-Pi-Ay”, - deyə Bayden ölkəsinin adını xatırlamağa çalışıb.

Ancaq xatırlamayınca özünə gülüb və: “Ay-ay-ay-ay!..” - deyib. Sonda o, xatırlayaraq: “Burada, Birləşmiş Ştatlarda”, - deyə bildirib.

Qeyd edək ki, Bayden ilk dəfə unutqanlıq etmir. Bundan əvvəl o, dəfələrlə vitse-prezident Kamala Harrisi “prezident” adlandırıb, özünü birinci vitse-prezidentin əri adlandırıb, özünü senator kimi təqdim edib, bir müddət əvvəl isə Ukrayna ilə Rusiyanı səhv salıb.

Ağ Evin keçmiş həkimi, Nümayəndələr Palatasının üzvü Ronni Cekson ABŞ Prezidenti Co Baydenin idrak qabiliyyətinin “milli təhlükəsizlik problemi”nə çevriləcək qədər pisləşdiyini deyib.

“Mən diaqnoz qoymağa çalışmıram, amma düşünürəm ki, bütün dünya onun psixi problemlərinin olduğunu görür”, - Cekson vurğulayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1044 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...