Azərbaycan quru sərhədlərini gələn ay açacaq? - AÇIQLAMA (VİDEO)

Azərbaycan quru sərhədlərini gələn ay açacaq? -

İki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağlayıb. Naxçıvanla İran və Türkiyə quru sərhədindən başqa digər bütün sərhədlər qapalıdır. İnsanlar xaricə yalnız hava yolu ilə gedib-gələ bilirlər. Bu isə insanlar üçün kifayət qədər xərc deməkdir.

Gundeminfo.az xəbər verir ki, quru sərhədlərin bağlı qalması ölkədə turizm sektoruna da ciddi təsir edib.

Azərbaycana qonşu ölkələrdən xeyli insan gəlirdi ki, onlar da məhz quru sərhədinə üstünlük verirdilər. Hazırda quru sərhədlər bağlı qaldığından mövcud vəziyyət ölkəyə gələn turistlərin sayına ciddi təsir göstərir.

Millət vəkili Vüqar Bayramov da "ARBTV"yə açıqlamasında bildirib ki, turizm neftdən sonra ölkəyə ən çox valyuta gətirən sahədir: "Nəzərə almaq lazımdır ki, ölkədə gələn turistlərin 60 faizi Rusiya, Gürcüstan və Türkiyənin payına düşür. Quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olacaq".

Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "cebhe.info"-ya quru sərhədlərinin açılması məsələsinə münasibət bildirərkən demişdi ki, Operativ Qərargahın may ayının sonu, iyun ayının əvvəllərində quru sərhədlərnii açmaq, gediş-gəlişi bərpa etmək fikri var.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
681 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...