Ermənistanda deputat saxlanıldı

Ermənistanda deputat saxlanıldı
İrəvanda keçirilən etiraz aksiyası zamanı polis müxalifətçi deputat Tadevos Avetisyanı saxlayıb.

Modern.az xəbər verir ki, bunu sosial şəbəkədə müxalifətin “Hayastan” fraksiyasından olan digər deputat Qeqam Manukyan bildirib.

"Polis xüsusi təyinatlıları deputat Tadevos Avetisyanı “oğurlayıblar”. Mən "oğurlanıb" deyirəm, çünki heç kimin deputatı saxlamağa ixtiyarı yoxdur. Onu heç bir izahat vermədən polis maşınına mindirib aparıblar", - Manukyan deyib.

Avetisyan da öz növbəsində sosial şəbəkədə polis maşınından foto yerləşdirib və yazıb ki, o, aksiya keçirərkən güc tətbiq edilərək polisə aparılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...