Türkiyədə seçkiyə bu partiyalar buraxıldı - SİYAHI

Türkiyədə seçkiyə bu partiyalar buraxıldı -
Türkiyədə seçkilərə qatılacaq siyasi partiyaların adları açıqlanıb. Modern.az xəbər verir ki, partiyaların siyahısı “Rəsmi qəzet”də dərc olunub. Siyahıda 24 partiyanın seçkilərdə iştirak hüququna malik olduğu qeyd edilib.

Bu siyahı Türkiyə Cümhuriyyətinin Yüksək Seçki Şurası (YSK) tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Mustafa Sarıgülün sədri olduğu Türkiyə Dəyişim Partiyası və Muharrem İncenin sədri olduğu Məmləkət Partiyasının siyahıda yer almaması diqqət çəkib.

Türkiyədə parlament seçkiləri prezident seçkiləri ilə birlikdə beş ildən bir keçirilir. Bu seçkilərdə ölkədə və xaricdə yaşayan seçicilər səs verə bilərlər. Yerli idarəetmə orqanlarına seçkilər də hər beş ildən bir keçirilir və bu, həmin ilin mart ayının son bazar günü baş tutur.

Türkiyədə növbəti seçkilər ən geci 18 iyun 2023-cü ildə keçiriləcək.

Seçkilərdə iştirak etmək hüququ olan siyasi partiyalar aşağıdakılardır:

1- Ədalət və İnkişaf Partiyası,

2- Ana Vətən Partiyası,

3- Müstəqil Türkiyə Partiyası,

4- Böyük Birlik Partiyası,

5- Cümhuriyyət Xalq Partiyası

6- Demokratiya və Atılım Partiyası,

7- Demokratik Sol Partiya,

8- Demokrat Partiyası,

9- Əmək Partiyası,

10- Gələcək Partiya,

11- Gənc Partiya,

12- Xalqların Demokratik Partiyası,

13- Azad Dava Partiyası,

14- İyi Partiya,

15- Millət Partiyası,

16- Milliyyətçi Hərəkat Partiyası,

17- Mühafizəkar Yüksəliş Partiyası,

18- Səadət Partiyası,

19- Sol Partiya,

20- Türkiyə İşçi Partiyası,

21- Türkiyə Kommunist Hərəkatı,

22- Türkiyə Kommunist Partiyası,

23- Vətən Partiyası

24- Yenidən Rifah Partiyası.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...