Polşa Rusiya neftindən imtina edir

Polşa Rusiya neftindən imtina edir

Moskvanın neft bazarında əsas rəqibi, əvvəllər Asiyadakı müştərilərə diqqət yetirən Səudiyyə Ərəbistanı, Rusiya təchizatçılarını Polşadan sıxışdırmağa başlayır. Bu barədə “Finanz” nəşri yazır.

“Bloomberg” xəbər verir ki, yanvarın 12-də krallığın dövlət neft şirkəti olan “Saudi Aramco” Polşanın “PKN Orlen” şirkəti ilə sutkada 337 min barelə qədər neft tədarükü üzrə uzunmüddətli müqavilə imzalayıb.

Tankerlərlə Baltik dənizi limanlarına çatdırılacaq Səudiyyə neftinin tədarükü üç dəfədən çox artacaq və Polşanın gündəlik 650-700 min barel olan neft istehlakının demək olar ki, yarısını ödəyəcək.

Polşa vasitəsilə Səudiyyə nefti qonşu ölkələrə, o cümlədən Litva və Çexiyaya çata bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...