Bakı-Sumqayıt qatarlarının sayı artırılır

Bakı-Sumqayıt qatarlarının sayı artırılır
Sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların sayı artırılacaq. "Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu addın sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə atılır. Belə ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə çatdırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.

O cümlədən, Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
96 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...