Şuşada qəzaya düşən hərbçi vəfat edib

Şuşada qəzaya düşən hərbçi vəfat edib
Şuşada hərbi maşının aşması nəticəsində yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu Ülvi İbrahimov vəfat edib.

“Report”un xəbərinə görə, Saatlı rayonunun Qara Nuru kənd sakini İ.İbrahimov sentyabrın 16-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, doğulduğu Qara Nuru kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İ.İbrahimov bir müddət əvvəl Şuşada hərbi avtomobilin aşması nəticəsində yaralanıb, daha sonra o, xəstəxanaya yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...