Paşinyan yenə biabır oldu - VİDEO

Paşinyan yenə biabır oldu -
Beynəlxalq platformalarda daim gülünc vəziyyətə düşən Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə biabır olub.

“Qafqazinfo” xəbər verir ki, Paşinyan bu dəfə sentyabrın 16-sı Düşənbə şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti zamanı qeyri-adekvat hərəkətləri ilə diqqət çəkib.

Belə ki, Ermənistanın Baş naziri ilk olaraq protokol qaydalarını pozub. Onun korteci sammit keçirilən iqamətgaha birinci gəlib. Qaydalara görə isə, ilk olaraq təşkilatın Baş katibi gəlməli idi. Bunun ardınca yarım saatlıq fasilə yaranıb. Hətta fəxri qarovul belə gözləməkdən yorulub.

Lakin Nikol Paşinyan bununla da yetinməyib. Baş nazir kollektiv foto çəkilişi mərasimi zamanı digərlərindən aralı dayanıb. Mərasim bitdikdən sonra isə həmkarları ilə söhbət etməyə çalışsa da, nəticə verməyib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...