TƏBİB-də yoxlamalar aparılır

TƏBİB-də yoxlamalar aparılır
Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb. APA-nın əldə etdiyi məlumata görə, bu günlərdə başa çatan audit 2019-2020-ci illəri əhatə edib.

Yoxlama İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tbbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib.

Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.

Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. R. Bayramlının istefa ərizəsi təsdiqlənib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...