Kindzerska kimdir?

Kindzerska kimdir?

Tokio-2020-də Azərbaycana ilk medal qazandıran İrina Kindzerska ukrayna əsilli milliləşdirilmiş cüdoçdur.
Yeniavaz.com xəbər verir ki, Kindzerska 2017-ci ildən etibarən beynəlxalq yarışlarda ölkəmizi təmsil edir. Cüdoçu 1991-ci ildə Ukraynanın Xmelnitski vilayətində dünyaya gəlib. Əvvəllər ölkəsini təmsil etsə də sonradan Azərbaycan millisinin heyətinə qoşulub. Qadın cüdoçunun həyat yoldaşı keçmiş cüdoçu Həmid Əliyevdir.
Kindzerska Azərbaycan millisinin tərkibində uğurlara nail olub. Xanım cüdoçu 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəylik Oyunlarında gümüş medal qazanıb. Həmçinin eyni ildə dünya üçüncüsü də olub.
2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında ilk 3-lükdə yer alıb. Ötən il keçirilən Avropa Çempionatında gümüş medal qazanaraq ikinci pillədə yer alıb.

Kindzerska “Olimpiya dünyası” qəzetində verdiyi müsahibədə Azərbaycanın Vətən müharibəsində qələbə qazandığına görə xoşbəxt olduğunu deyib: “Azərbaycanın qazandığı bu tarixi qələbə məni həqiqətən də sevindirdi. Həyat yoldaşımla birgə qələbə xəbərini eşidəndə çox kövrəldik. Bildiyiniz kimi, mənim həyat yoldaşım azərbaycanlıdır. O, mənə Azərbaycanın tarixi, əzəli torpaqları, həmçinin doğulduğu Cəbrayıl rayonu barədə çox məlumat verib. Mən bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm və Azərbaycanın günü-gündən daha da çiçəklənəcəyinə inanıram. Arzu edirəm ki, Olimpiya Oyunlarının qələbə sevincini Cəbrayılda qeyd edim”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...