Xaricdən gətirilən tibbi maska bahalandı - QİYMƏT

Xaricdən gətirilən tibbi maska bahalandı -

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana xaricdən 59 milyon 602 min 704 ədəd tibbi maska gətirilib.

GUNDEMİNFO.AZ-ın açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, idxal olunan tibbi maskanın dəyəri 2 milyon 409,1 min dollar (4 milyon 95,5 min manat) olub.

Bu ilin ilk 5 ayında ölkəyə gətirilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 4 sent və ya mövcud məzənnə ilə 6,8 qəpik olub. May ayında idxal olunan tibbi maskanın bir ədədinin orta gömrük dəyəri isə 7,7 sent və ya mövcud məzənnə ilə 13,3 qəpik olub. Aylar üzrə ən çox maska yanvar ayında, ən az maska isə aprel ayında gətirilib.

Bu ilin ilk 5 ayında Azərbaycanın xaricdən aldığı tibbi maskaların sayı və qiyməti aşağıdakı kimi olub:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...