İran tam qapanmaya gedə bilər

İran tam qapanmaya gedə bilər

İranın Səhiyyə Nazirliyi koronavirusun dördüncü dalğasının başladığını açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi bugünkü mətbuat konfransında hökumətdən zəruri sahələr istisna olmaqla, ölkə üzrə iki həftəlik qapanma qərarının verilməsini istəyib.

O bildirib ki, artıq ölkənin bütün əyalət mərkəzləri və şəhərlərin 85 faizi koronavirusun təhlükəsilə bağlı təsnifata görə “qırmızı” və "narıncı” bölgələr hesab edilir.


Nazir müavini bildirib ki, bu xəbərdarlığa əməl edilməsə, gündəlik ölüm sayı 600-ü keçə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...