Kreml Nikolun üzrünü qəbul etdi

Kreml Nikolun üzrünü qəbul etdi

Kreml İrəvanın “İsgəndər”lərlə bağlı yaydığı son bəyanatdan razıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, həqiqətin bu məsələdə bərpa olunmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Putinlə Paşinyan arasında telefon danışığı olub. Baş nazir Rusiya liderindən İkinci Qarabağ müharibəsi zamanı istifadə edilən “İsgəndər” raketlərinin yalnız 10 faizinin partladığı barədə səsləndirdiyi fikirlərə görə üzr istəyib və bu barədə ona səhv məlumat verildiyini bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...