İTV polisdən sifarişli material hazırlayıb? - AÇIQLAMA

İTV polisdən sifarişli material hazırlayıb? -
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl İctimai Televiziyada polisin fəaliyyətini tənqid edən materialın sifariş olmaslı fikirlərilə bağlı açıqlama verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a bildirib ki, ölkəmizdə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də İctimai Televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb,:

"Polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər. Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən İctimai Televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririrk.

O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən İctimai Televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...