"Ailə" TV-dən şikayət var

"Ailə" TV-dən şikayət var

"Bu şikayətimdən sonra Aile TV -nin məsələ ilə bağlı narahat olub, əlaqə saxlayacağı və ya problemi aradan qaldıracağina inanmıram, amma yenə də yazım.
Aylıq 18 azn, yəni orta hesabla bir işçinin bir gününü satıb, aldığı günlük maaşıdır. Biz də hər kəs kimi bu pulu hər ay Ailə TV üçün xərcləyirik. Yəni, bir gün yalnız Ailə TV üçün işləyirik". DİA.AZ bildirir ki, bu barədə Vüsal Adıgözəlov adlı vətəndaş sosial şəbəkələrdə paylaşım edib. Daha sonra narazı vətəndaş yazır:
"Ailə" TV-dən şikayət var

Daha sonra narazı vətəndaş bildirir: "Bunun qarşılığında isə Ailə TV göstərdiyi xidmət heç 1 qəpiyə də dəymir. Artıq 2 həftə olar ki, internetin sürəti ölüb, basdıranı yoxdur. PİNG-dən isə danışmağa dəyməz.
Ailə TV-nin hesabına PUBG-ni sildim, Kinoya baxmaq kimi normal istirahətimdən də əl çəkdim, çünki əsəb oluram. Bu gedişlə gəzib-dolaşdigim sosial platformaları da tərk edəcəm. Dumanla mesajlaşma metoduna qayıdacam.
Doğrusu Azərbaycan yeganə ölkədir ki, şikayətlər nəticə vermir, əksinə, şikayətdən sonra daha da bərbət vəziyyətə gəlir. Burda Şikayətin statusu yoxdur. Şikayət sadəcə söz yığınıdır, bezdirici səs-küydən ibarətdir.
Ümid edirəm ki, tezliklə ya birdəfəlik düzələrsiniz, ya da birdəfəlik müflis olarsınız".

Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...