“YouTube” da Trampın hesabını bağladı

“YouTube” da Trampın hesabını bağladı

“YouTube” video xidməti ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabını azı bir həftəlik müddətə dondurub.

Bu barədə CNN videohostinqin təmsilçisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu yaxınlarda Trampın kanalında yerləşdirilən video şiddət tətbiqinə təhrik edib və bu səbəbdən də silinib. “YouTube” nümayəndəsi əlavə edib ki, hesabın açılması məsələsinə bir həftədən sonra yenidən baxılacaq.

Qeyd edək ki, bundan əvvəl “Twitter” və “Facebook” də Trampı şiddətə təhrik etməkdə günahlandıraraq onun hesablarının müddətsiz dondurulduğunu açıqlamışdı. Onların ardınca az tanınan sosial şəbəkələr də eyni addımı atıb.

“Report” xatırladır ki, yanvarın 6-da Tramp tərəfdarları Konqresin binasına hücum edərək parlamenti son seçkinin nəticələrinin təsdiqlənməli olduğu iclasa ara verməyə məcbur edib. Kapitoli iğtişaşları nəticəsində beş nəfər ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...