Şəhid Fəxrəddin Yaqubov dəfn edildi - VİDEO

Şəhid Fəxrəddin Yaqubov dəfn edildi -
Xətai rayonu 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasının sürücüsü şəhid Fəxrəddin Yaqubov bu gün dəfn edilib.

Səhər saatlarında Fəxrəddin Yaqubovla vida mərasimi keçirilib. Bundan sonra onun nəşi Xətai rayonundakı Şəhidlər Xiyabanına aparılıb.

Şəhid sürücünün dəfn mərasimində rayon rəhbrəliyi də iştirak edib.
Şəhid Fəxrəddin Yaqubov dəfn edildi -

Fəxrəddin Yaqubov İkinci Qarabağ savaşında ən təhlükəli nöqtələrdən yaralı döyüşçüləri çıxarıb. Bundan əlavə o əsgərlərə yardım daşıyırmış. Elə yardım apararkən noyabrın 22-də itkin düşmüşdü. Onun azaraq düşmən tərəfə keçdiyi və əsir götürüldüyü ehtimal olunurdu.

Noyabrın 30-da cəsədlərin dəyişdirilməsi zamanı Fəxrəddin Yaqubovun da meyiti Azərbaycana qaytarılıb. Beləliklə, aydın olub ki, Laçın-Şuşa yolunda itkin düşən Fəxrəddin Yaqubov düşmən tərəfindən amansızlıqla qətlə yetirilib.

Şəhid sürücü ilə vida mərasimindən görüntüləri təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...