Şoyqu Türkiyə ilə birgə yaradılacaq mərkəzdən DANIŞDI

Şoyqu Türkiyə ilə birgə yaradılacaq mərkəzdən
Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətə dair birgə monitorinq mərkəzinin yaradılacağı yerlə bağlı razılaşdırmanı başa çatdırırlar.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Dağlıq Qarabağdakı Rusiya humanitar missiyası ilə bağlı keçirilən müşavirədə bildirib.

"Azərbaycan ərazisində atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara nəzarətlə bağlı birgə Rusiya-Türkiyə mərkəzinin yaradılması haqqında memorandumun həyata keçirilməsi çərçivsəində Türkiyə tərəfi ilə mərkəzin yeri və icra edəcəyi vəzifələrin razılaşdırılması başa çatır", - deyə Rusiya müdafiə naziri vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...